Çərşənbə axşamı, 07 May

Kriştianu Ronaldunun oğlu "Mançester Yunayted"lə müqavilə bağlayıb

image

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldunun klubu İngiltərə "Mançester Yunayted"i onun oğlu kiçik Kriştianu ilə rəsmi müqavilə bağlayıb.

Məlumata görə, təqdimat mərasimindən görüntüləri ata Ronaldunun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb.

Həmin fotoda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. Kriştianinyo da atasının çıxış etdiyi nömrəni seçib. Daha əvvəl o, "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında İtaliya klubunu tərk edib.

Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı hücumçu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24